Səbət

ŞİRKƏTİMİZ HAQQINDA

Bakuprod MMC Azərbaycanda qida məhsullarının idxalı ilə məşğul olan qabaqcıl şirkətdir.

Təməli 2015-ci ildə qoyulan və bu sahədə peşakar personala malik olan şirkətimiz yüksək keyfiyyəti, təkrarolunmaz dadı ilə fərqlənən qida məhsullarının təchizatı ilə qısa zamanda istehlakçıların rəğbətini və etibarını qazanmışdır. Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Tayland, Hindistan, Rusiya, Belarusiya və digər olkələrin ən aparıcı istehsalçılarından idxal edilən və Azərbaycan bazarında təqdim olunan 200 çeşiddən çox məhsulun hər biri ən yüksək meyarlara uyğun seçilmişdir.

Bakuprod MMC Asiya, Avropa və xüsusilə Yaponiya mətbəxi məhsullarının fərqli və xüsusi çeşidləri ilə öz məmnun müştərilərini təchiz edir. Həmçinin Azərbaycanda ən əlverişli qiymətlər və şərtlərlə əsas istiqaməti olan HORECA (hotel, restoran, kafe) sektoruna professional mətbəx məhsulları təklif edən aparıcı şirkətlərdən biri olmaqla tanınır.

Çatdırılma xidmətimiz dünya brendlərinin qida məhsullarını birbaşa istehsalçıdan müştərilərimizin ünvanına çatdırır. Şirkətimiz Azərbaycan Respublikası Qida Agentliyi tərəfindən tanınır və bütün zəruri lisenziyalara, məhsullarımız isə beynəlxalq təhlükəsizlik və keyfiyyət sertifikatlarına malikdir.

Misiyamız

Daim inkişafda olan qida mədəniyyətində, Bakuprod MMC-nin daim artan və ən son trendlərə uyğun qida məhsulları çeşidləri – dəniz məhsulları sizin üçün əlçatan olur. Sizi sevindirəcək, süd və yağ məhsulları sizinlə birgə kəşf olunmaq üçün süfrənizə qonaq gəlir. Biz  zövqünüzə oxşayacaq, müştərilərimizin sevgisini qazanacaq yeməkləri və təamları sizinlə birgə kəşf etmək üçün xidmət göstəririk. Biz düşünürük ki, hər gün diqqətlə təhlil etdiyimiz, un məhsullar, qayğı ilə seçdiyimiz  və məhəbbətlə sizə təqdim etdiyimiz meyvə və tərəvəzlər həyatınızın əvəzolunmazına çevriləcək. Dünya brendlərinin qida məhsulları – bakaleya məhsulları  inovasiya biznesinizin uğurlu olmasına kömək edəcək.Həmçinin şirkətimizin əmək sərf edərək,sadə vətəndaşlarımıza,marketlərdə və mağazalarda rast gəlinməyən fərqli və xüsusi məhsullar,məsələn souslar əldə etməkdə yardımçı olacaq.